Rusiyada prezident seçkiləri başladı

dunya
18-03-2018, 22:11 1335
Rusiyada prezident seçkiləri başladı
Rusiyada prezident seçkiləri başladı.

Realfakt.Az Lenta.ru-ya istinadla xəbər verir ki, ilk seçki məntəqələri Rusiyanın uzaq şərq hissəsində yerli vaxtla 08.00-da açılıb.

Kamçatka vilayətinin sakinləri yerli vaxtla 20.00-a qədər səs verə biləcəklər.

Ümumilikdə 97 mindən artıq seçki məntəqəsi açılıb, onlardan 400-dən artıqı xaricdədir.

Səsverməni 109 ölkədən 1500-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək.

Rusiya prezident seçkilərində 8 namizəd mübarizə aparacaq.