Prezident Paraqvay Senatının sədrini qəbul edib – YENİLƏNİB

siyaset
16-03-2018, 22:07 1229
Prezident Paraqvay Senatının sədrini qəbul edib – YENİLƏNİB
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 16-da Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

Realfakt.Az xəbər verir ki, görüşdə Paraqvay Senatının sədri Fernando Luqo Mendez VI Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirib və tədbirdə iştirakından böyük məmnunluq hissi keçirdiyini qeyd edib.

Paraqvay Senatının sədri vurğulayıb ki, tədbir iştirakçılarının coğrafiyasının daha da genişlənməsi, dünyanın müxtəlif bölgələrindən olan nümayəndələrin iştirakı beynəlxalq əməkdaşlıq işinə töhfə verir və eyni zamanda, gündəlikdə duran aktual məsələlərin müzakirəsi üçün də yaxşı bir platformaya çevrilir.

Dövlətimizin başçısı Paraqvay Senatının sədri Fernando Luqo Mendezin VI Qlobal Bakı Forumunda iştirakının önəmini qeyd edib. Tədbirin beynəlxalq əhəmiyyətinə toxunan prezident İlham Əliyev Forumda müxtəlif səviyyəli nümayəndələrinin iştirakının beynəlxalq məsələlərlə bağlı hərtərəfli müzakirələrin aparılması baxımından əhəmiyyətli olduğunu deyib.

Dövlətimizin başçısı Azərbaycanın Paraqvayla və eləcə də, digər Cənubi Amerika ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Söhbət zamanı Forumun həm də dinlərarası dialoqun və multikultural əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyi bildirilib.

Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığın möhkəmlənməsində rolu xüsusi qeyd olunub, ölkəmizin regionda gərginliyin azaldılması işinə müsbət təsir göstərdiyi vurğulanıb.

11:17

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 16-da Paraqvay Respublikası Senatının sədri Fernando Luqo Mendezi qəbul edib.

Realfakt.Az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.