Metrodan istifadə edənlərin - NƏZƏRİNƏ

sosial
31-08-2015, 14:10 910
Metrodan istifadə edənlərin - NƏZƏRİNƏ Sentyabrın 1-dən etibarən köhnə metro kartlarına gedişhaqqı yüklənməsi prosesi başa çatacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, sərnişinlər girov dəyəri və gediş haqqını “Bakıkart”a transfer edə bilərlər.
Qeyd edək ki, avqustun 8-də Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Bu kartları metropolitendə bütün stansiyaların vestibüllərində və paytaxt dayanacaqlarında quraşdırılmış yeni terminallardan əldə etmək mümkündür. Qiymətlərə gəlincə, “BakıKART”ın (plastik kart) satışı 2 manat, “BakıKART məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir.