Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO

sosial
2-03-2018, 21:58 1174
Narkoloji Dispanserdə yanğın: Onlarla ölən var – YENİLƏNİB + FOTO
Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı 20-dən çoxdur.

Bu barədə Realfakt.Az-a Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

İlkin məlumata görə, hadisə zamanı 24 nəfər ölüb.

Xəsarət alanlardan üç nəfər şəxs 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər şəxs isə Sabunçu rayonu 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

09:13

Bakı şəhərinin Xətai rayonunda, Respublika Narkoloji Mərkəzində güclü yanğın baş verib.

Realfakt.Az-ın xəbərinə görə, hadisə səhər saat 06:00 radələrində baş verib.

Yanğın xəstəxananın daimi yataq xəstələrinin müalicə aldığı 2-ci şöbəsində qeydə alınıb.

Yanğın zamanı ölən və xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildiriblər ki, yanğın zamanı 30-dan artıq pasiyent təxliyyə olunub.