Daha bir azərbaycanlı futbolçu Çexiya klubuna transfer olundu

idman
17-02-2018, 21:53 1506
Daha bir azərbaycanlı futbolçu Çexiya klubuna transfer olundu
Daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşayacaq.

Realfakt.Az xəbər verir ki, bu barədə futbol meneceri Vaqif Heydərli sosial şəbəkə vasitəsilə məlumat yayıb.

O, “Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradovun Avropaya yollanmasına müvəffəq olub. Gənc yarımüdafiəçi mövsümün sonuna kimi icarə əsasında Çexiyanın məşhur klublarından olan “Slavia”da (Praqa) çıxış edəcək. Digər futbolçumuz Amin Seydiyev isə bəyənilməyib.

Qeyd edək ki, Vaqif Heydərlinin vasitəçiliyi ilə “Slavia”da daha bir futbolçumuz çıxış edir. Bu, Fərid Nəbiyevdir.