“Neftçi”yə yeni prezident təyin olundu – YENİLƏNİB

idman
16-02-2018, 21:26 1349
“Neftçi”yə yeni prezident təyin olundu – YENİLƏNİB
Kamran Quliyev “Neftçi” futbol klubunun prezidenti vəzifəsinə təyin olunub.

Realfakt.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

K.Quliyev bu gün istefa verən Orxan Hüseynzadəni əvəzləyib.

Qeyd edək ki, Kamran Quliyev bu təyinatadək “Sumqayıt” klubunun prezidenti vəzifəsində çalışıb.


13:05

“Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev tutduğu vəzifədən istefa verib.

Realfakt.Az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

K.Quliyev şəxsi istəyi ilə vəzifəsindən ayrılıb.