Məzahir Pənahov: Seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var

siyaset
15-02-2018, 21:21 1177
Məzahir Pənahov: Seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var
Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var. Bu, sevindirici haldır.

Realfakt.Az Report-a istinadən xəbər verir ki, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Azərbaycanda seçkilər şəffaf keçirilir.

M.Pənahov vurğulayıb ki, ölkə Prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb:

“Azərbaycanda keçirilən seçkilər digər ölkələrə nümunədir. Ölkəmizin yüksək seçki təcrübəsi var”.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək.