Millimizin Millətlər Liqasına kimi dördüncü rəqibi bilindi

idman
15-02-2018, 21:18 1380
Millimizin Millətlər Liqasına kimi dördüncü rəqibi bilindi
Azərbaycan milli komandasının Bakıda daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Realfakt.Az xəbər verir ki, millimiz mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, UEFA Millətlər Liqasının D zonasının A qrupunda mübarizə aparacaq yığmamız martın 23-də Bakıda Belarus, həmin ayın 27-də Antalyada Makedoniya, eləcə də, iyunun 9-da Riqada Latviya millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız sentyabrda başlayacaq Millətlər Liqasında Kosovo, Farer adaları və Malta yığmaları ilə bir qrupda mübarizə aparacaq.