» » Ufadan Bakıya birbaşa aviareys açılır


Ufadan Bakıya birbaşa aviareys açılır

10-02-2018, 22:07
Oxunub: 686
Çap et
Ufadan Bakıya birbaşa aviareys açılır
Rusiyanın Ufa şəhərindən Bakıya birbaşa aviareyslər açılır.

Realfakt.Az-ın UfacityNews.ru saytına istinadən xəbərinə görə, uçuşları “Saratov Hava Yolları” şirkəti həyata keçirəcək.

Uçuşlar 29 mart tarixindən etibarən “AN-148” təyyarəsində cümə axşamı günləri həyata keçiriləcək.

Ufa beynəlxalq aeroportundan uçuş yerli vaxtla 21:55-də, Heydər Əliyev hava limanına eniş isə Bakı vaxtı ilə cümə günü gecə saat 00:15-də olacaq. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək.

Geri uçuşlar Bakı vaxtı ilə 05:40-a, Ufaya eniş isə yerli vaxtla 10:00-a təsadüf edəcək.

Promo-tarif üzrə hər iki istiqamətdə bir aviabiletin minimal qiyməti 20 516 rus rublu (353 ABŞ dolları) təşkil edəcək.
Reytinq: