Bakıda güclü partlayış baş verdi + YENİLƏNİB

sosial
6-02-2018, 22:13 1137
Bakıda güclü partlayış baş verdi  + YENİLƏNİB
Bu gün saat 19:17 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Realfakt.Az-a verilən məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 m2 olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb.

Yanğın saat 20:08 dəqiqədə söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb.

Ətraf ərazilərə təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.​

19:35

Bakıda - Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Radioquraşdırma” zavodunda partlayış baş verib. Bu barədə hadisə yerində olan müxbirimiz məlumat verib.

Realfakt.Az xəbər verir ki, baş vermiş partlayışdan sonra yanğın başlayıb.

Hazırda həmin əraziyə yanğınsöndürənlər cəlb olunub.

Partlayış baş verən ərazinin yaxınlığında yanacaqdoldurma məntəqəsinin olduğu bildirilir, ancaq orada hər hansı yanğın hadisəsi baş verməyib.

Ərazi polis və FHN əməkdaşlarının nəzarətinə götürülüb.

Hadisə yerinə əlavə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları çağırılıb.

Partlayış nəticəsində ölən və yaralananlar, eləcə də, dağıntı barədə hələlik məlumat yoxdur.

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.