​“Çığırtı” və “Qarağac küçəsində dəhşət” qorxu filmlərinin rejissoru vəfat edib

medeniyyet
31-08-2015, 11:35 1167
​“Çığırtı” və “Qarağac küçəsində dəhşət” qorxu filmlərinin rejissoru vəfat edib Məşhur amerikalı aktyor Ues Kreyven bazar günü Los-Ancelesdə 76 yaşında vəfat edib.
“Report” xəbər verir ki, o, ağır beyin xərçəngindən əziyyət çəkirdi.
Kreyven dəhşət filmləri janrının klassiklərindən hesab olunurdu. 1972-ci ildə çəkdiyi “Soldan sonuncu ev” debüt filmi ona şöhrət gətirib. Rejissor dünya şöhrətini isə “Qarağac küçəsində dəhşət” (1984) filmindən sonra qazanıb. O, həmçinin son dövrlərdə çəkilən silsilə “Çığırtı” filmlərinin rejissorudur.
Kreyven öz karyerası ərzində təqribən 30 film ekranlaşdırıb.