İlham Əliyev Şri-Lanka dövlət başçısını təbrik edib

siyaset
3-02-2018, 21:54 1210
İlham Əliyev Şri-Lanka dövlət başçısını təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Şri-Lanka prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab prezident,

Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm”.