Karateçimiz ermənini 5:0 hesabı ilə məğlub edib

idman
3-02-2018, 21:51 1463
Karateçimiz ermənini 5:0 hesabı ilə məğlub edib
Karate üzrə yeniyetmələrdən ibarət seçmə komandamız Rusiyanın Soçi şəhərində qitə çempionatının ilk günü 2 qızıl medal qazanıb.

Realfakt.Az xəbər verir ki, Tale Yaqubov (-63 kq) və Polina Qurenko (-47 kq) Avropa çempionu olub.

Yeni ukraynalı legioner Qurenko final döyüşü də (8:0) daxil olmaqla, altı görüşdən üçünü vaxtından əvvəl ən azı 8 xal fərqli üstünlüklə başa vurub. Mükafatlandırma mərasimində idmançılarımıza qızıl medalları Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov təqdim edib.

Kata yarışlarında təsəllverici görüşlərə qatılan Roman Heydərov bürünc mükafatın bir addımlığında mübarizəni dayandırıb. Ermənistanlı idmançını Davit Davtyana heç bir şans vermədən 5:0 hesabı ilə məğlub edən Osman Osmanlı (+70 kq) da mükafata gedən yolda ani bir səhv üzündən qələbəni əldən verib.