Alimlər müalicəsi olmayan xərçəngin öhdəsindən gəlib

maraqli
2-02-2018, 14:18 1335
Alimlər müalicəsi olmayan xərçəngin öhdəsindən gəlib
Stenford Universitetinin alimləri müalicəsi olmayan metastazlı xərçəngdən əziyyət çəkən siçanlarda şişli hüceyrələri kənarlaşdırmağa nail olub.

Realfakt.Az xəbər verir ki, bu barədə lenta.ru “MedicalXpress”də dərc olunan pres-relizə istinadən məlumat yayıb.

Məlumata görə, tədqiqatçılar bunun üçün bədxassəli şişli toxumalara müəyyən miqdarda immun-stimullaşdırıcı preparat yeridib.

T-limfositlər – immun hüceyrələr antigeni olan hüceyrələri, o cümlədən şişli hüceyrələri müəyyən edərək, onlara hücum edir. Ancaq xərçəngin inkişafı ilə bədxassəli toxumalar T-hüceyrələrə qarşı davamlılıq əldə edir, nəticədə, immunitetin cavabı qeyri-effektiv olur.

Resistent, yəni müqavimət göstərən şişlərlə mübarizədə həkimlər hibrid zülallardan istifadə edir. Bu zülalların sayəsində limfositlər yenidən proqramlaşdırılır və xərçəngə qarşı mübarizədə daha sabitqədəm olur. Ancaq bu və digər yanaşmalar çox baha başa gəlir və bir çox hallarda arzuolunmaz yan təsirlərə səbəb olur.

Yeni metoda görə, DNT-nin qısa sahəsinin (CpG – oliqonukleotid) şişli toxumasına iynə vurulur. İmmun stimullaşdırıcı preparat T-hüceyrələrin səthində yerləşən 0X40 zülalının sitezini sürətləndirir. Bədxassəli toxumaya yeridilən digər maddə – 0X40-la rabitə yaradan anti-cisimdir.

Nəticədə alimlər yalnız bədxassəli toxumalara qarşı mübarizə aparan T-hüceyrələrinin kiçik populyasiyasını əldə edib. Müalicə prosesində onlar şişi tərk edib orqanizmin digər hissələrinə düşür və mümkün metastazları müəyyən edir. Süd vəzisinin xərçəngindən əziyyət çəkən siçanlarda inyeksiya təkcə dərman yeridilmiş törəmələri deyil, eyni zamanda, toxunulmamış digər şişlərin azalmasına vasitəçilik edib. Nəticə etibarilə sınaqda istifadə olunan gəmiricilərin ömrü əhəmiyyətli dərəcədə uzanıb.