ABŞ və Avropa “üçlüyü” İranın nüvə proqramına dəyişiklik edəcək

dunya
1-02-2018, 21:29 1019
ABŞ və Avropa “üçlüyü” İranın nüvə proqramına dəyişiklik edəcək
ABŞ və Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya, Fransa) may ayınadək İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli İş Planına dəyişikliklər işləyib hazırlayacaq.

Realfakt.Az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Stiven Qoldsteyn bəyan edib.

“Artıq işçi qruplar yaradılıb. Biz sazişi daha əsaslı etməyə çalışacağıq. Bununla bağlı işlər mayın sonunadək yekunlaşmalıdır”, deyə S.Qoldsteyn qeyd edib.

Onun sözlərinə, görə işçi qrupun ilk görüşü ötən həftə Londonda baş tutub.