“Facebook” bütün sirlərini ortaya çıxarır

maraqli
29-01-2018, 21:33 1067
“Facebook” bütün sirlərini ortaya çıxarır
“Facebook” sosial şəbəkəsi son xəbərləri ilə hər kəsi təəccübləndirib.

Realfakt.Az xəbər verir ki, uzun zamandır məxfilik prinsipləri ilə bağlı bəyanat verməyən “Facebook” son dəqiqə anonsu ilə açıqlama verib.

Bununla yanaşı, şirkət məlumatların məxfiliyi, sistemin necə işlədiyi və kimlər tərəfindən görüldüyü kimi detalları da bölüşməyə hazırlaşır.

Dünyanın ən böyük sosial şəbəkəsi istifadəçilərin arxiv sisteminin necə işlədiyini dərk etməsi və məlumatlarını qoruması üçün maarifləndirici video materiallar yayımlayacaq.

“Facebook”un məxfilik prinsiplərini açıqlamasının səbəbi Avropa Birliyinin yeni məlumat qoruma qanununun qüvvəyə minməsidir.

May tarixindən etibarən tətbiq olunacaq qanun internetin kəşfindən bu yana keçirilən ən böyük şəxsi məlumat qoruma həmlələrindən biri olaraq tanınır.