» » "Türkiyə var ikən Azərbaycan sərhədində gərginlik olmayacaq"


"Türkiyə var ikən Azərbaycan sərhədində gərginlik olmayacaq"

31-08-2015, 11:20
Oxunub: 490
Çap et
"Türkiyə var ikən Azərbaycan sərhədində gərginlik olmayacaq" Davudoğlu: "Azərbaycanın bayramı bizim bayramımızdır”.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Zəfər Bayramından sonra jurnalistlərə verdiyi açıqlamada Azərbaycanla bağlı sualı cavablandırıb.
ANS PRESS-in məlumatına görə, baş nazirə Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrlə bağlı sual verilərkən "Azərbaycanın yanındayıq" deyə cavab verib.
O bildirib ki, Türkiyə burada olduqca Azərbaycan sərhədində heç bir gərginlik ola bilməz.
“30 avqust Zəfər Bayramı Azərbaycanın bayramıdır. Azərbaycanın bayramı bizim bayramımızdır.”-deyə Davudoğlu bildirib.
Müdafiə nazirliyinin avqustun 28 –də cəhbədə baş verən məlumatda bildirilirdi ki, “Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib”.
Reytinq: