Hər iki valideynini itirən uşaqların təhsil haqqı büdcədən ödənilə bilər

sosial
25-01-2018, 21:36 1147
Hər iki valideynini itirən uşaqların təhsil haqqı büdcədən ödənilə bilər
Azərbaycanda valideynlərinin hər ikisini itirmiş və yaxud valideyninin birini itirmiş, digəri ikinci qrup əlil olan 18 yaşına qədər şəxslərin təhsil haqqının dövlət büdcəsindən ödənilməsi məsələsi Milli Məclisdə (MM) yenidən müzakirəyə çıxarılır.

Realfakt.Az-ın məlumatına görə, MM-in Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı komitədə işlər gedir, xeyli materiallar toplanılıb.