Ərdoğan və Putin Suriyadakı hadisələri müzakirə edib

dunya
24-01-2018, 23:51 1113
Ərdoğan və Putin Suriyadakı hadisələri müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub.

Realfakt.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, prezidentlər Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatını və Soçidə 29-30 tarixlərində Suriya üzrə milli dialoq konqresinə hazırlıq işlərini müzakirə ediblər.

“Ərdoğan əməliyyatın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına və Afrinin PYD, YPG və İŞİD terror qruplaşmalarından azad edilməsinə yönəldiyini bildirib. Prezident əməliyyatın Suriyanın siyasi vahidlik və ərazi bütövlüyünə töhfə vermək nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Ərdoğan Rusiya ilə Suriyaya dair əməkdaşlığa və əlaqələndirməyə böyük əhəmiyyət verdiyini qeyd edib. Liderlər Soçidə Suriyada siyasi nizamlanmaya yol aça biləcək milli dialoq konqresinin keçirilməsi üçün birgə səy göstərməyi davam etdirməyə hazır olduqlarını vurğulayıblar”, - deyə məlumatda bildirilir.