Ərdoğan: Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük

siyaset
20-01-2018, 21:35 936
Ərdoğan: Azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 20 Yanvar 1990-cı ildə Azərbaycanın azadlığı uğrunda şəhid olanları ehtiramla yad edib.

Realfakt.Az-ın xəbərinə görə, o bu barədə Twitter-də yazıb.

“28 il bundan əvvəl Azərbaycanın müstəqilliyi uğrunda canında keçən şəhidlərin xatirəsini ehtiramla yad edirəm. Biz azərbaycanlı qardaşlarımızın kədərini bölüşürük. Türkiyə həmişə Azərbaycanın yanında olacaq”, - yazıda deyilir.

Ərdoğan öz Twitter səhifəsində Azərbaycan və Türkiyə bayraqlarından, həmçinin #20Yanvar heşteqindən istifadə edib.