» » Türkiyə Afrində hərbi əməliyyatlara başlayır


Türkiyə Afrində hərbi əməliyyatlara başlayır

19-01-2018, 21:29
Oxunub: 660
Çap et
Türkiyə Afrində hərbi əməliyyatlara başlayır
Ankara Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatları ilə bağlı yanaşmaların uzlaşması üçün Moskva ilə məsləhətləşmələr aparır.

Bu sözləri Türkiyənin müdafiə naziri Nurəttin Canikli səsləndirib.

Realfakt.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən çərşənbə Türkiyənin baş naziri Bəkir Bozdağ Ankaranın Suriyanın Afrin bölgəsində Türkiyənin PKK ilə əlaqəli terrorçu qruplaşma kimi tanıdığı YPG - kürd silahlı birləşmələrinə qarşı mümkün əməliyyatlarla bağlı Moskva və Vaşinqtonla müşavirə apardığını bildirmişdi.

Türkiyə artıq qoşunları Suriya ilə sərhədə göndərib və birləşmələr hazır vəziyyətə gətirilib.

“Biz Afrində əməliyyatlara hazırlaşırıq, bunun üçün lazımi addımlar atırıq. Rusiya və regionun digər ölkələri ilə əlaqələndirmə işləri aparılır. Onların məsələyə baxışını bizim mövqeyə yaxınlaşdırmaq lazımdır, çünki gec-tez bu əməliyyat keçiriləcək”, - deyə Canikli bildirib.
Reytinq: