Rumıniyanın baş naziri istefa verib

dunya
16-01-2018, 21:54 1310
Rumıniyanın baş naziri istefa verib
Rumıniyanın baş naziri Mixay Tudose istefa verib.

Realfakt.Az TASS-a istinadən xəbər verir ki, yanvarın 15-də Rumıniyanın hakim Sosial-Demokrat partiyasının fövqəladə toplantısı keçirilib.

Partiyanın icraiyyə komitəsi baş nazirin siyasi dəstəkdən məhrum edilməsinə səs verib. Nəticədə Mixay Tudose istefa verdiyini bəyan edib. Onun səlahiyyətlərini müvəqqəti olaraq baş nazirin müavini Paul Stenesku icra edəcək.

Qeyd edək ki, sabiq iqtisadiyyat naziri 51 yaşlı Mixay Tudose ötən ilin iyunundan Rumıniya hökumətinə başçılıq edirdi.