Boyko Borisov İlham Əliyevlə danışıqlarda

siyaset
15-01-2018, 23:02 1041
Boyko Borisov İlham Əliyevlə danışıqlarda
Yanvarın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub.

Realfakt.Az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın baş naziri Boyko Borisovu qarşılayıb.

Sonra birgə foto çəkdirilib. Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.