Bolqarıstan Azərbaycan qazını sərfəli qiymətlərlə alacaq

siyaset
15-01-2018, 22:40 942
Bolqarıstan Azərbaycan qazını sərfəli qiymətlərlə alacaq
Hörmətli Prezident İlham Əliyevin xeyir-duası ilə bizim şirkətlə SOCAR arasında 1 milyard kubmetr həcmində Azərbaycan qazının sərfəli qiymətlərlə çatdırılması məsələsi həllini tapacaq.

Realfakt.Az xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.“
Əgər hörmətli Azərbaycan Prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetika və iqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir. Bir milyard kubmetr qaz Bolqarıstanda böyük sayda evləri məişət qazı ilə təmin edəcək" - deyə Bolqarıstanın Baş naziri deyib.

Boyko Borisovun sözlərinə görə, Bolqarıstan ərazisinin cəmi 3 faizi qazlaşdırılıb.