“Real” dünyanın ən bahalı futbolçusunu almaq istəyir

idman
12-01-2018, 22:01 1194
“Real” dünyanın ən bahalı futbolçusunu almaq istəyir
Madridin “Real” klubu Fransanın PSJ komandasının braziliyalı hücumçusu Neymarı heyətinə qatmağa çalışır.

Realfakt.Az xəbər verir ki, bu haqda İspaniyanın “Marka” nəşri məlumat yayıb.

Xəbərə görə, Neymarın maaşları ilə birgə transfer xərcləri 400 milyon avro edir. Braziliya millisinin hücumçusu keçiddən imtina edəcəyi halda, “Real”ın hədəfindəki alternativ futbolçular “Totenhem”li Hari Keyn, “Çelsi”li Eden Azar vəya “Leypsiq”li Timo Vernerdir.

Xatırladaq ki, üç gün əvvəl CIES Football Observatory mərkəzi Neymarın dünyanın ən bahalı oyunçusu olduğunu açıqlayıb. 25 yaşlı futbolçu 213 milyon avro ilə qiymətləndirilir.

Yayda bu futbolçu “Barselona”dan PSJ-yə 222 milyon avroya transfer olunub. Üstəlik, futbolçunun müqaviləsində məşqlərdə komanda yoldaşlarının ona qarşı kobud oynamaması, o cümlədən komandasının müdafiə xarakterli hazırlıq prosesindən azad olması ilə bağlı xüsusi bəndlər var.