İranın döyüş gəmisi Xəzər dənizində qəzaya uğrayıb

dunya
11-01-2018, 17:00 1132
İranın döyüş gəmisi Xəzər dənizində qəzaya uğrayıb
‪İrana aid döyüş gəmisi “Demavend” Xəzər dənizində qəzaya uğrayıb.

Realfakt.Az-ın məlumatına görə, ölkənin ən böyük döyüş gəmilərindən “Demavend”də 18 nəfər olub, onlardan altısı qəza zamanı dənizə düşüb.

Yerli mənbələrə görə, dənizə düşən altı nəfərdən dördü xilas edilib, lakin onlardan ikisi tapılmayıb. Buna görə də axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, 2013-ci ildə dənizə endirilən döyüş gəmisinin uzunluğu yüz metrdir və 300 ton ağırlığındadır.