UEFA Azərbaycan klublarını mükafatlandırıb

idman
8-01-2018, 21:52 1299
UEFA Azərbaycan klublarını mükafatlandırıb
2016/17 mövsümündə UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş bəzi klublar Fair Play qaydalarının pozulması nəticəsində cərimə sanksiyalarına məruz qalıblar.

Realfakt.Az AFFA-nın saytına istinadən məlumat verir ki, cərimələrdən toplanmış vəsait UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərində iştirak etmiş digər klublar arasında bölünüb.

Mükafatların bölgüsü qrup mərhələsində mübarizə aparan klublar üçün 80% , təsnifat mərhələsində çıxış edən klublar üçün 20% nəzərdə tutulub.

UEFA-dan ayrılan maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb:

Qarabağ - 78300.00 avro
Qəbələ - 78300.00 avro
Neftçi - 8540.00 avro
Kəpəz – 8540.00 avro