Çempionatdan uzaqlaşdırılmış klubun rəhbəri: Futbolçularımız gəlmədi

idman
5-01-2018, 20:48 1298
Çempionatdan uzaqlaşdırılmış klubun rəhbəri: Futbolçularımız gəlmədi
Ötən il Azərbaycanda Autizmlilərin İdman Klubu yaradılıb.

Realfakt.Az xəbər verir ki, klubun tərkibində futbol komandası da fəaliyyətə başlayıb.

Belə ki, 13 yaşadək qızlardan ibarət komanda AFFA-nın keçirdiyi U-13 liqasında iştirak etməyə başlayıb.

Lakin komanda mövsüm başa çatmamış çempionatdan uzaqlaşdırılıb. Belə ki, üç dəfə komandanın heyətində yetərsay olmadığı üçün kluba texniki məğlubiyyət verilib.

AFFA-nın intizam qaydalarına görə isə, bu hal üç dəfə təkrarlandıqda komanda çempionatdan kənarlaşdırılır. Beləliklə, AFFA İntizam Komitəsi dekabrın 13-də çıxardığı qərarla bu komandanı çempionatdan çıxarıb.

Məsələ ilə bağlı Autizmlilərin İdman Klubunun rəhbəri Elnur Məmmədlinin fikirlərini öyrəndik.

O, günahı özlərində görür:

“Heyətimiz tam komplektləşmədiyi üçün çempionatda axıradək iştirak edə bilmədik. Baş məşqçimiz demişdi ki, çempionat başlayandan sonra heyətimiz artacaq və 11-12 qız futbolçumuz olacaq. Ancaq onlar da gəlib çıxmadı. Əslində, əvvəldən onunla danışmışdıq ki, heyətimiz tam komplektləşməsə, çempionata çıxmayaq... Heyətin üzvləri sağlam uşaqlar idi. Yəni, autizmli deyildilər. U-13 oğlan komandamızda da belədir. Onlar hazırda yarışı davam etdirirlər”.