Messi "2017-ci ilin ən yaxşı futbolçusu" oldu

idman
2-01-2018, 20:32 1294
Messi "2017-ci ilin ən yaxşı futbolçusu" oldu
İspaniyanın məşhur “Marca” nəşri 2017-ci ilin ən yaxşı futbolçularının siyahısını açıqlayıb. Realfakt.az saytı xəbər verir ki, “Real”a yaxınlığı ilə tanınan “Marca”nın oxucuları arasında aparılan sorğunun qalibi “Barselona”lı Lionel Messi olub.



Argentinalını “Real”ın qoleadoru Kriştianu Ronaldo izləyib. İlk “üçlüy”ü isə “kral klubu”nun digər üzvü İsko qapayıb.



Ümumiyyətlə, 100 futbolçunun yer aldığı siyahıda “Real”ın 4 oyunçusu ilk “10-luğ”a düşüb.



İlk “10-luq”:

1. Lionel Messi (“Barselona”)

2. Kriştianu Ronaldo (“Real”)

3. İsko (“Real”)

4. Harri Keyn (“Tottenhem”)

5. Luka Modriç (“Real”)

6. Kilian Mbappe (PSJ)

7. Canluici Buffon (“Yuventus”)

8. Neymar (PSJ)

9. Serxio Ramos (“Real”)

10. Kevin De Bruyne (“Mançester Siti”)