Həkimlər 24 saat Habil Əliyevə nəzarət edir

medeniyyet
28-08-2015, 12:01 815
Həkimlər 24 saat Habil Əliyevə nəzarət edir "Həkimlər ev şəraitində növbə ilə xalq artisti Habil Əliyevə nəzarət edir". Bunu Trend-ə açıqlamasında xalq artistinin həyat yoldaşı Şəfiqə Əliyeva deyib. Onun sözlərinə görə, H.Əliyev hazırda oksigen balonu vasitəsi ilə nəfəs alır.
Həkimlərdən çox razı olan Ş.Əliyeva qeyd etdi ki, xəstəxanadan evə gətirilən sənətkarın yanında gecə-gündüz həkimlər növbə çəkir: “Həkimlər Habil Əliyevin səhhətinin yaxşılaşdırılması üçün əllərindən gələni edirlər. Biz onlardan da, dövlətimizdən də çox razıyıq. Onların sayəsində Habil Əliyev az da olsa özünü yaxşı hiss edir. Amma ümumilikdə vəziyyəti orta-ağırdır. Buna baxmayaraq arada zehni açılanda bizimlə söhbət də edir. Bir də görürsən vəziyyəti ani ağırlaşır, onda artıq yatmaq istəyir. Belə, amma zehni açıqdır, çox söhbət eləməsə də hamıyla danışır”.
Qeyd edək ki, xalq artisti Habil Əliyev ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl səhhəti ağırlaşıb.