» » “Tarixə ekskursiya”


“Tarixə ekskursiya”

13-12-2017, 15:23
Oxunub: 1491
Çap et
 “Tarixə ekskursiya” Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində A.O. Çernyayevski adına Qobustan şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Niyət Maxsudov “Tarixə ekskursiya” adlı əyani vəsait hazırlamışdır.
N.Maxsudov bildirir ki, bütün dövrlərdə öyrədənlə (müəllim) öyrənənlər (şagirdlər) arasında öyrənmə prosesini səmərəli, keyfiyyətli təşkil etmək, tədris materialının şagirdlərin yaddaşında uzun müddət qalmasına çalışmaq və onların təfəkkürünü fəallaşdırmaq, idrak fəaliyyətini təmin etmək əsas vəzifələrdən biri olmuşdur. Tədris materialı öyrədən tərəfindən şifahi olaraq izah edilir, bu da mənimsəməni tam təmin edə bilmir. Amma uzun illər elmi-pedaqoji fəaliyyətim dövründə qazandığım təcrübəyə əsasən deyə bilərəm ki, tədris materialının, eyni zamanda, həm göz, həm eşitmə yaddaşı vasitəsilə şagirdlərə ötürülməsi 60-70 faiz mənimsəməni təmin edə bilir. Bu məsələni həm öz araşdırmalarım, həm də dünya pedaqoq və psixoloqlarının gəldiyi qənaət sübut etmişdir. Bunları nəzərə alaraq düşündüm ki, tarix dərsliklərinə əyani vəsait kimi tarixi abidələrimizi, keçirilən tarixi hadislərdən epizodlardakı qəhrəmanları və döyüşlərdə olan fraqmentləri canlandıracaq effektli, canlı görüntülü şəkillərdən ibarət vəsait hazırlansa şagirdlərin dərsə olan marağı və dərsin keyfiyyəti daha da artar. Bu mövzunun mənimsənilməsinə və daha yaddaqalan olmasına təminat yaradacaqdır. Düşünürəm ki, tərtib edəcəyim bu kitablar tarix dərsliklərinə çox effektiv əlavə əyani vəsait olacaqdır. Belə bir layihənin maliyyələşməsinə dəstək olan Təhsil Nazirliyinə təşəkkürünü bildirən N.Maxsudov bildirdi ki, həyata keçirilən bu pilot layihənin effekti nəzərə alındıqdan sonra kütləvi nəşr edilə bilər.
Reytinq: