Ermənilər tərəfindən tutulan soydaşımız gömrük məntəqəsində saxlanılır

dunya
11-08-2015, 17:39 1060
Ermənilər tərəfindən tutulan soydaşımız gömrük məntəqəsində saxlanılır
İyulun 23-də erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Turqay Mikayılov Sadaxlı gömrük məntəqəsi (Gürcüstanın Marneuli rayonu) ilə üzbəüz olan Ermənistanın Baqrataşen gömrük məntəqəsinə aparılıb.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə T. Mikayılovun qohumu Məhəmməd Bayramov məlumat verib.
Onun sözlərinə görə, T. Mikayılov iki 2 gündür Ermənistanın Baqrataşen gömrük məntəqəsində saxlanılır: "Bizə çatan məlumata görə, Turqayın sənədləri və harada yaşadığı araşdırıldıqdan sonra ermənilər onu Gürcüstana təhvil vermək üçün Sadaxlıya yaxın gömrük məntəqəsinə gətiriblər. Bizə bildiriblər ki, GürcüstanXarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi məsələni araşdırır və danışıqlar aparır. Turqay telefonla danışan zamanı bizə sərhədə gətiriləcəyini demişdi".
M. Bayramov əlavə edib ki, qohumlar T. Mikayılovun ailəsi adından Gürcüstan XİN-nə və Ermənistanın Gürcüstandakı səfirliyinə müraciət ediblər: "Bu günlərdə Ermənistan tərəfindən Dmanisi rayon təhlükəsizlik xidmət orqanına zəng olunub və Turqay haqqında ətraflı məlumat istəyiblər".