Türkiyə və Rusiya liderləri Qarabağ münaqişəsini müzakirə edəcək

dunya
2-11-2017, 12:27 1105
Türkiyə və Rusiya liderləri Qarabağ münaqişəsini müzakirə edəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycana dəstək olmaq üçün və ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə görüşüb bu məsələni müzakirə edəcəyik. Çünki həqiqətən, məsələnin həllinə girişsə, nəticə almaq daha da asanlaşar. Təbii ki, bu, sadəcə erməni lobbisini deyil, Qərbdəki bəzi qüvvələri də narahat edəcək", - deyə Ərdoğan bildirib.