Azərbaycan və Polşa Energetika Nazirlikləri arasında Anlaşma Memorandumu təsdiq edildi - FƏRMAN

siyaset
3-11-2017, 00:15 1245
Azərbaycan və Polşa Energetika Nazirlikləri arasında Anlaşma Memorandumu təsdiq edildi - FƏRMAN
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Realfakt.Az xəbər verir ki, sənədə əsasən:

1. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Polşa Respublikasının Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair 2017-ci il iyunun 27-də Varşava şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilir.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edilməlidir.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa Respublikası Hökumətinə bildiriş göndərməlidir.