Azərbaycanda polis intihar etdi – YENİLƏNİB

hadise
11-10-2017, 00:38 1298
Azərbaycanda polis intihar etdi – YENİLƏNİB
Şəkidə intihar edən polis əməkdaşı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Realfakt.Az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun Turan qəsəbəsində özünü asaraq, həyatına son qoyan polis serjantı, 1978-ci il təvəllüdlü Əliyev Həsrət Fəxrəddin oğlunun 4 övladından biri ağır xəstədir.

Bildirilir ki, beyin iflicindən əziyyət çəkən uşağın vəziyyəti atasında böyük gərginlik yaradırmış.

Bundan başqa onun banka kredit borcunun olması da üzə çıxıb.

H.Əliyevin konkret hansı səbəbdən intihar etməsi isə hələlik tam aydınlaşmayıb və faktla bağlı Şəki rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

***

09:42

Şəkidə polis əməkdaşı intihar edib.

Oxu.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, oktyabrın 9-u axşam saatlarında rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti asılmış vəziyyətdə, yaşadığı ünvanda, yaxınları tərəfindən aşkarlanıb. Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etdiyi məlum olub.

Məlumatda bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-nin Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.