Alimlər Yerə bənzər 4 planet aşkarladılar

maraqli
14-08-2017, 23:54 1383
Alimlər Yerə bənzər 4 planet aşkarladılar
Beynəlxalq alimlər qrupu tərəfindən Yer kürəsindən 12 işıq ili məsafəsində yerləşən Tau Kita ulduz birləşməsi ətrafında 4 Yerə bənzər planetin dövr etdiyi aşkarlanıb.

Realfakt.Az-ın Trend-ə istinadla məlumatına görə, planetlərin çəkisi Yerin çəkisinin 1,7-si qədərdir. Buna görə də planetlər Günəşə bənzər ulduzların ətrafında aşkarlanan ən kiçik göy cismləri hesab edilirlər. Obyektlərin dördü də qayalıqdan ibarətdir. Tau Kita ulduz birləşməsindən ən uzaq məsafədə yerləşən iki planet potensial olaraq həyat üçün yararlı hesab edilib.

Alimlər guman edirlər ki, planetlər daima kometa və asteroid “yağışına” məruz qalırlar.