Azərbaycanlı müğənni tanınmaz hala düşdü

sou
11-08-2017, 22:44 1422
Azərbaycanlı müğənni tanınmaz hala düşdü
“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari sosial şəbəkədə yeni şəklini paylaşıb. İfaçının çox arıqladığı diqqətdən qaçmayıb.

Realfakt.Az xəbər verir ki, məsələ ilə bağlı lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb.

Nazim bildirib ki, o uzun müddətdir xəstəliklə mübarizə aparır: “Hazırda İstanbuldayam. İlk əməliyyatım Bakıda oldu. Yaxşı olmadı. Daha sonra İstanbula gəldim. Burada əməliyyatla öd kisəmi götürdülər. Xeyli arıqlamağım əbəs yerə deyil. Kim mənim kimi 4 dəfə narkoz alsa, bu qədər arıqlayardı. İndi özümü yaxşı hiss edirəm”.

Qeyd edək ki, N.Pişyarı xeyli müddət idi ki, sosial şəbəkədə yeni şəkillərini paylaşmırdı.

Azərbaycanlı müğənni tanınmaz hala düşdü