Şimali Koreya rəsmisi: ABŞ-la dialoq mümkünsüzdür

dunya
10-08-2017, 22:32 1102
Şimali Koreya rəsmisi: ABŞ-la dialoq mümkünsüzdür
Rəsmi Pxenyan ABŞ administrasiyası ilə dialoqu mümkünsüz sayır.

Realfakt.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu KXDR ordusunun yüksək rütbəli nümayəndəsi bəyan edib.

“Tramp kimi düşüncəsiz insanla sağlam dialoq mümkün deyil. Ona yalnız mütləq güc təsir edə bilər”,- deyə Şimali Koreya rəsmisi bildirib.

Son sutka ərzində ABŞ-la KXDR arasında münasibətlər kəskin gərginləşib. Şimali Koreyanın mərkəzi teleqraf agentliyi KXDR ordusunun Sakit okeanın qərbindəki Quam adasında ABŞ-a məxsus hərbi obyektlərə zərbələr endirmək imkanını nəzərdən keçirdiyi barədə məlumat yayıb. Cavabında ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın ünvanına sərt xəbərdarlıqla çıxış edib.

“Onlar dünyanın indiyədək görmədiyi atəş və qəzəblə üzləşəcəklər”,- deyə D.Tramp bəyan edib.