Nigar Bəhmən Sultanlı şeirləri

yazarlar
1-08-2017, 11:25 2460
Nigar Bəhmən Sultanlı şeirləri


Yenə də sənsizəm,
səssizəm bu gün
səni sevən gündən
hər gün sənsizəm
yenə də fikirli,
dərdliyəm bu gün
özümü unudub,
mənsizəm bu gün.
***
bir gün ruhumla
əl-ələ verib,
bu dünyadan birgə
köçə bilərəm.
gözünün içinə
baxa-baxa mən,
könül sərhədini
keçə bilərəm.
səni payız qədər,
səni qış qədər
üşüdə bilərəm.
səni bahar qədər,
səni yay qədər
qəlbimin içində
isidə bilərəm.
səni sevə-sevə
yaşaya bilərəm,
səni unutmaqçün
ölə bilərəm.
***
necə də rahatdır
yaşamaq sənsiz
xəyalı sevərək
yaşlanmaq sənsiz
günlərlə düşünmək
aylarla anmaq
sevgini,həsrəti
hər şeyi danmaq...
ürəyi qınamaq
verdiyin hər sözü
yadıma salmaq
necə də çətindir
həm də dözülməz
bunları dərk edib
həzm edib,udmaq...

Nigar Bəhmən Sultanlı