Bakıda yolda velosiped zolağı çəkildi

maraqli
29-07-2017, 19:32 1276
Bakıda yolda velosiped zolağı çəkildi
Bakıda yeni salınan yolda velosiped zolağı çəkilib.

Bu barədə Oxu.Az-a Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.

“Bura yeni çəkilən Binəqədi - Novxanı yoludur. Velosiped həvəskarlarını düşünən “Azəravtoyol” ASC rəhbərliyinə təşəkkürümüzü bildirir və bu prosesin davamlı olmasını rica edirik ki, velosiped həvəskarlarının xahişi rəhbərlik qarşısında daim diqqətdə saxlanılsın. Çünki, həqiqətən də, velosiped cığırlarına tələbat olduqca böyükdür”. - məlumatda qeyd olunub.
Bakıda yolda velosiped zolağı çəkildi