Müasir Qadın və Cəmiyyət İctimai Birliyi tərəfindən Beynəlxalq təşkilatlara və xarici dövlətlərə qəbul edilmiş - Bəyənnamə

gundem
13-07-2017, 09:34 1335
 Müasir Qadın və Cəmiyyət İctimai Birliyi tərəfindən Beynəlxalq təşkilatlara və xarici dövlətlərə qəbul edilmiş - Bəyənnamə

2017-ci il 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Fizuli rayonun Alxanlı kəndi 82 və 120 millimetirlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Səbinə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuşdur.

Ermənistan dövlətinin bu çirkin hərəkət hüquqi aktları - Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş millətlər təşkilatının "Ümumdünya İnsan Haqları Bəyənnaməsi"ni, "Vətəndaş və siyasi hüquqlar haqqında" Konvensiyanı, "Fövqaladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi" Bəyannəməsini kobud sürətdə pozur.

Bildirilir ki, Ermənistan tərəfindən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edilməsinin qarşısının alınması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilindəki mülki əhali və əmlakın təhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görüb: "25 ildən artıqdır ki, atəşkəs rejimində yaşamağımıza baxmayaraq, bu müddət ərzində Ermənistan dəfələrlə əliyalın, silahsız dinc əhaliyə hücum etmiş, qadınları, uşaqları amansızlıqla qətlə yetirmişlər. Ermənistanın bu kimi genişmiqyaslı təxribat əməlləri münaqişənin danışıqlar yolu ilə həllinə böyük zərbə vurur. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Ümumlikdə isə, bu hadisələr nəticəsində 33 uşaq erməni terrorunun qurbanı olmuş, onlardan on dördü həlak olmuş, on doqquzu isə yaralanmışdır. Xalqımız bu münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, siyasi yolla həll olunmasının tərəfdarıdır və eyni zamanda dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulmasını tələb edir. Biz beynəlxalq hüquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlılq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrinin tələblərinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edirik".

Bəyannamədə qeyd edilir ki, Ermənistan qoşunlarının işğal edilmiş bütün Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin edilsin. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilsin. Qoşunların təmas xətti boyunca məskunlaşan ərazilərdə sıx yaşayan azərbaycanlı əhalinin Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınması dayandırılsın.