“WhatsApp”da maraqlı yeniliklər

maraqli
11-07-2017, 12:53 898
“WhatsApp”da maraqlı yeniliklər
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” yaxın günlərdə mətn formatı ilə bağlı yenilik edəcək.

Realfakt.Az Milli.Az-a istinadla bildirir ki, yenilik mətnin forması ilə bağlı olacaq. Belə ki, artıq, hərfləri qalın ( bold ), əyri ( italic ) yazmaq üçün menyuda xüsusi bölmə açılacaq.

Qeyd edək ki, hazırda “WhatsApp”da hərfləri qalın yazmaq üçün * ya da _ işarələrindən istifadə etmək lazımdır.