İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib

gundem
7-07-2017, 08:25 1114
İlham Əliyev Nursultan Nazarbayevi təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi 77 yaşının tamam olması münasibətilə təbrik edib.

Realfakt.Az Report-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

İlham Əliyev müdrik və uzaqgörən Nursultan Nazarbayevin rəhbərliyi altında Qazaxıstanın sosial-iqtisadi və mədəni inkişafının yüksək tempini xüsusi qeyd edib və ölkənin qlobal proseslərdə fəal iştirakını vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasında mehriban qonşuluq və dostluq ənənələrinin qorunmasında dövlət başçısının xidmətlərini yüksək qiymətləndirib.

Azərbaycanın dövlət başçısı Prezident Nursultan Nazarbayevə qardaş Qazaxıstan xalqının rifahı naminə cansağlığı, xoşbəxtlik və yorulmaz fəaliyyətində uğurlar arzulayıb.