Azərbaycan öz vətəndaşını Rusiyaya təhvil verməkdən imtina etdi

maraqli
3-07-2017, 08:49 1210
Azərbaycan öz vətəndaşını Rusiyaya təhvil verməkdən imtina etdi
Bu gün Kurqan şəhər məhkəməsində Azərbaycan vətəndaşı Mirməhəmmədtağı Ağayevin işi üzrə məhkəmə başlayıb. O, xarici dövlətin ərazisində qanunsuz silahlı təşkilat yaratmaqda və bu təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham edilir (RF CM 208-ci maddəsinin 2-ci bəndi).

Oxu.Az xəbər verir ki, bu barədə Znak.com-a məhkəmənin nümayəndəsi Natalya İvanişeva bildirib.

Ağayev Suriya ordusuna qarşı silahlı qruplaşmanın yaradılmasında iştirak etməkdə ittiham edilir. Məhkəmə prosesi Ağayevin iştirakı olmadan keçirilir, belə ki, Azərbaycan onu Rusiyaya təhvil verməkdən imtina edib.

Mirməhəmmədtağı Ağayev günahkar bilinərsə 8 ildən 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.