Azərbaycan kitabxnaşünaslığında multikulturalizm problemlərinin tədqiqi

medeniyyet
3-07-2017, 13:37 1560
Azərbaycan kitabxnaşünaslığında multikulturalizm problemlərinin tədqiqi

Azərbaycan kitabxnaşünaslığında multikulturalizm problemlərinin tədqiqi yeni aktual istiqamətdir. Bəşəriyyət ayrı-ayrı mədəniyyətlərdən ibarətdir. İnsanlıq isə xalqlardan ibarətdir. Mədəniyyətin daşıyıcıları şəxs deyil, xalq hesab olunur ( etnoqraflar buna etnos deyirlər). Etnosa sosiomədəni varlıq kimi baxılır. Etnik icmanı o müəyyən ərazidə tarixi formlaşmış, stabil çoxnəsilli insan cəmi kimi izah edir. Bu icmanın üzvləri nəinki ümumi xüsusiyyətlərə, həmçinin mədəniyyətin və psixikanın stabil xüsusiyyətlərinə, özlərinin birliklərinin dərk edilməsinə və digər millətlərdən fərqlərinə, etnonimlərini müəyyənləşdirməyə malik idilər.
Etnos daxili mexanizmə malikdir, buda onun davamlılığını təmin edir və bu etnos üzvləri arasındaki xarakter və mədəniyyətin xüsusiyyyətləri sayəsində formalaşır. Etnosun daxili qruplarına xas müəyyən davranış və kommunikativlik, dəyərlər, sosial-siyasi model və mədəni elementlər daxildir.
Etnomədəniyyət və milli özünüdərk bir biri ilə sıx bağlıdır. Milli özünüdərk ictimai şüurun vacib və spesifik hissəsidir, hansı ki, özündə insanın ictimai varlığını və maddi mədəniyyətini əks etdirir. Milli özünüdərkin əsas tərəfini insanlar tərəfindən onların fərdiliyi, məxsusluğu, başqa milli-etnik, sosial-siyasi icmalara – millətə və etnosa deyil, məhz bura aid olmasını dərk etmək təşkil edir.
Etnomədəniyyətin struktur elementi kimi biz bir tərəfdən həm mədəniyyətşünaslıq, həmdə psixoloji nöqteyi-nəzərdən baxılan etnik identiklik əsas götürülür. Dünya xalqlarının etno-mədəni tarixinin öyrənilməsi onu göstərir ki, etnosun yaranması insanların iradəsi nəticəsində deyil, tarixi proseslərin nəticəsində yaranır. Bununla belə etnotəşkili proseslər etnikdaxili, etnikarası və etnikdən kənar xarakter alan müxtəlif faktorların təsiri ilə formalaşır.
Bu aspektdən etnologiya etnik identikliyin üç tipini: yaradıcı mexanizmlər, icmanın əlamətləri və indetikliyin yaranma vastələrini irəli sürür.
Etnik identikliyin yaradıcı mexanizmi ölkədə və dünyada xalqların sosial statusunun yaranmasıdır. Yüksək sosial status keçmişdə və gələcəkdə milli möhtəşəmlik, digər xalqları əzmək, onlar üzərində hakimlik və dominantlıq etmək kimi hissləri yarada bilər. Aşağı sosial status milli natamamlıq hissləri yarada bilər və hər an öz xalqına məxsusluğunda şübhəvə ya ondan imtina etmə hissləri yarada bilər.
Etnik identifikasiyada icma əlamətləri etnik normalar, adətlər, ənənələr, cəmlərdən təşkil olunmuş milli xarakter təşkil edir.
Etnik identikliyin yaranmasının vasitə və səbəblərində, ilk növbədə, milli dil və bir ərazidə yaşamağı göstərməliyik.
Etnik identiklikdə etnofərqləndirici əlamətlər elədə az rol oynamır. Qeyd olunmuş və olunmamış etnoloji nəzəriyyə və konsepsiyaların ciddi elmi təhlili belə bir nəticə çıxarır ki, etnos özündə insanların biososial icmasını əks etdirir, hansı ki, onlar aşağıdakı etnofərqləndirici əlamətlərə malikdirlər:
-Etnonim – etnosun adı;
-Dildə, dində, adətdə, ayinlərdə, milli incəsənət və folklorda, etnik normalarda özünü göstərən etomədəni xüsusiyyətlər;
-Antropo-psixoloji əlamətlər- bunlar xarici fiziki görünüşdəki fərqlər və insan xarakterinə məxsus psixoloji əlamətlər, hansı ki, onlar da öz növbəsində dərk olunan və dərk olunmayan, hətta kütləvi və fərdi şəkildə icmanın soy-kökünü müəyyən edə bilər;
-Ərazi birliyi, hansı ki, etnogenezin və dünyanın müasir etnik xəritəsinin formalaşmasında vacib rol oynayan, lakin müasir kütləvi miqrasiya şəraitində öz etnofərqləndirici əhəmiyyətini itirən amil;
Etnomədəniyyət özündə bir sıra funksiyaları əks etdirir ki, bunlar da qarşılıqlı əlaqələrin ümumi dərk olunmasını müəyyən edir . Qarşılıqlı əlaqə şəxslər arası, insanların ətraf mühitlə, informasiyalı dünya ilə, mədəniyyətlərarası qarşılıqlı əlaqə isə entomədəniyyət arası, etnomədəniyyət və dünya mədəniyyəti birlikdə öyrənilir.
Müasir etnomədəniyyətdə aşağıdakı funksiyalar mövcuddur:
1. İnstrumental - ətraf mühitin yaranması və formalaşması
2. Daxili mədəniyyət funksiyası – insanın özünün yaranması və formalaşması
3. Kollektiv həyatın yaranması sisteminin vastələri
4. Anlamlı (işarəli) – adların formalaşması, hansı ki, onun sayəsində insanların əqli və emosional hərəkətləri formalaşır. Əgər hər hansı bir predmetin adı yoxdursa, o insan tərəfindən dərk olunmayubsa, həmin predmet onun üçün mövcud deyil.
5. İdraki – insana dünya haqqında təsəvvür yaratmağa imkan verir, buna görə də anlamlı funksiya ilə sıx bağlıdır.
6. Kommunikativ – etnomədəni informasiyanın həm diaxron həm də sinxron olaraq nəsildən-nəsilə ötürülməsinə imkan verir.
Bu funksiyalar informasiyanın həm verbal, həm qeyri-verbal, həm də atributlar vastəsi ilə ötürülməsi prosesində formalaşır. Tez-tez etnomədəni informasiyanın ötürülməsində dil elədə vacib rol oynamır, nəinki işarəli xarakter daşıyan qeyri-verbal vasitələr: jestlər, mimikalar, duruşlar, ayinlər, simvollar, paltar və qida.
Etnomədəniyyət özündə etnosun müdafiə mexanizmini əks etdirir, hansı ki, onların içərisində spesifik və qeyri-spesifik eləcə də, qarşılıqlı əlaqə elementlərinə aid olanları xüsusi ilə qeyd etmək lazımdır.
Beləliklə də, tədqiqatın əsas prioritet istiqamətlərini qeyd etməyidaha məqsəduyğun hesab edirik:
-etnomədəniyyətin funksionallığı istiqaməti. Biz yalnız qarşılıqlı əlaqələr prosesində iştirak edən elementləri və kriteriyaları qeyd edirik. Etnomədəniyyətin struktur elementlərinə biz dəyərləri, dəyərli orientasiyaları, adətləri, normaları, ənənələri, ksenofobiya hadisələrini, mədəni qavrayışları, mədəniyyətin beynəlmiləlləşməsi, etnomədəniyyətdə diffuzionizm və daxili mədəniyyəti aid edə bilərik.
Əlbəttə ki, hər bir etnosun özünün təsəvvürləri vardır ki, onlar üçün vacib və əhəmiyyətli olan nədir və nəyi qeyri-ciddi qəbul etmək olar kimi məsələlər ciddi əhəmiyyət kəsb edir. Buna görə də, müxtəlif xalqların adətlərində və ayinlərində fərqlər hiss olunur. Lakin onların hamısı bir nöqtədə kəsişir: etnosun mədəni həyatında vacib rol oynayan stereotipin ciddi qorunması.
Ənənəvi mədəniyyətin digər əhəmiyyətli fraqmentləri isə adətlər vastəsi ilə tənzimlənir. Adətlər etnos üzvlərinin davranışlarını müəyyən şəraitdə tənzimləmə rolunu oynayır.
Mərasimlər isə mövcud reallığa təsir edən müəyyən hərəkətlər qrupudur ki, bu da simvolik xarakter daşıyır və cəmiyyət tərəfindən sanksiyalaşdırılır. Bütün mərasimləri 2 başlıca kateqoriyaya bölmək olar: mənfi və müsbət. Birinci qrupa müəyyən qadağalar sistemi daxildir ki, bunların həyata keçirilməsi dünyanın sonuna gətirib çıxara bilər. Belə ayinlərin birində qidalanmaq, digərində isə bütün növ işlər qadağan olunur.
Müsbət mərasimlər isə əksinə iki dünyanı bir-biri ilə yaxınlaşmağa sövq edir. Bu tip mərasimlərə qurban vermə aiddir ki, buda tanrının rəğbətini qazanmaq və dünyanın birliyinin qorunması üçün həyata keçirilir.
Beləliklə, Azərbaycan milli kitabxanaşünaslıq elmi üçün mühüm tədqiqat obyekti olan müultikulturalizm problemlərinin tədqiqi istiqamətində işlər uğurla davam etməkdədir.



Həsənov Elnur Babək oğlu
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq - informasiya
fakültəsinin IV kurs tələbəsi
(Məqalə BDU “50+50” qrant müsabiqəsi çərçivəsində hazırlanmışdır)