Sumqayıtda qız üstündə qanlı dava

hadise
1-07-2017, 16:19 1204
Sumqayıtda qız üstündə qanlı dava

Sumqayıtda törədilmiş qətlin üstü açılıb.

Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 27-də Sumqayıt şəhəri ərazisindən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Sumqayıt ŞPİ və Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.