» » Azərbaycanda ildırımvurma hallarının sayı artıb


Azərbaycanda ildırımvurma hallarının sayı artıb

1-07-2017, 14:47
Oxunub: 732
Çap et
Azərbaycanda ildırımvurma hallarının sayı artıb
Ölkədə ildırımvurma hallarının sayı artıb.

Realfakt.az oxu.az-a istinadən məlumat verir ki, təkcə ötən ay ərzində 2 nəfəri ildırım vuraraq öldürüb.

Mütəxəssislərin sözlərinə görə, ildırımvurma hadisələrinin artmasının əsas səbəbi iqlim dəyişiklikləridir.

Elmlər Akademiyasının Coğrafiya İnstitutunun böyük elmi işçisi Həsən Nəbiyev deyir ki, ildırım halları ölkənin daha çox dağlıq bölgələrində baş verir.

Onun sözlərinə görə, şimşək çaxan zaman yüksək ərazilərdə, hündür yerlərdə dayanmamaq məsləhətdir. Evdəki bütün elektrik cihazları, mobil telefonlar söndürülməli, pəncərələrin nəfəslikləri bağlanmalıdır.

Suyun elektrik keçiriciliyi yüksək olduğu üçün ildırım çaxan vaxtlarda çimmək, duş qəbul etmək, eləcə də, qab-qacaq, paltar yumaq da məsləhət görülmür. Yağışlı və şimşəkli havada küçədə olarkən qorunmaq üçün bayraq, telefon ötürücüsü, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanmaq lazımdır. Çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur.

Hazırda ildırım hadisələri ilə bağlı tədqiqat işləri aparılır. Onun hansı səbəbdən çoxalmasının səbəbləri və yaranma şəraiti öyrənilir.
Reytinq: