Heydər Əliyevə aid olduğu deyilən maşın satışda

arasdirma
27-08-2015, 14:16 839
Heydər Əliyevə aid olduğu deyilən maşın satışda Rusiyanın Krasnoyarsk şəhərində QAZ-12 "ZİM" markalı avtomobil internet vasitəsi ilə satışa çıxarılıb.
AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, avtomobili satan şəxs QAZ-12 "ZİM"in əvvəllər Azərbaycanın üçüncü prezidenti, mərhum Heydər Əliyevə aid olduğunu iddia edib. 24auto.ru saytında yerləşdirilən elanda qeyd edilir ki, avtomobil 1951-ci ildə istehsal edilib.
Bəzi məlumatlara görə, maşın Azərbaycandan, Heydər Əliyevin qarajından gətirilib. Əsaslı təmirdən sonra avtomobil elektrik şüşəqaldıranla, bort kompüteri, televizor, siqnalizasiya ilə təchiz edilib. Avtomobilin qiyməti 1 mln. 410 min rubldur (21000 AZN).
QAZ-12 markalı avtomobil 1949-cu ildən 1959-cu ilə qədər Qorki Avtomobil zavodunda istehsal edilib. Bu avtomobillər daha çox partiya və hökumət nümayəndələri üçün xidməti avtomobil kimi istifadə olunurdu.