Prezident dövlət büdcəsinin icrasını təsdiqlədi

gundem
14-06-2017, 21:05 1052
Prezident dövlət büdcəsinin icrasını təsdiqlədi
Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq edib.

Realfakt.Az-ın xəbərinə görə, bu barədə dövlət başçısının saytına yerləşdirilən məlumatda bildirilir.

Ötən il dövlət büdcəsinin gəlirləri 17 milyard 505,7 milyon manat təşkil edib və proqnozlar 104,1% icra olunub.

2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29%-ni təşkil edib. Dövlət büdcəsinin gəlirləri 2015-ci il ilə müqayisədə 1%-ə yaxın və ya 7 mln. 714,8 min manat artıb.

Dövlət büdcəsinin xərcləri 17 mlrd. 751,3 mln. manat təşkil edib. Proqnozlar - 96% səviyyəsində icra olunub.

2016-ci ildə dövlət büdcəsi gəlirlərinin xüsusi çəkisi ÜDM-in 29,4%-ni təşkil edib.

2016-ci ildə dövlət büdcəsinin faktiki kəsiri 245 mln. 604 min 134 manat və ÜDM-in 0,4% təşkil edib.