Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə – TƏYİNAT

gundem
5-06-2017, 23:55 1147
Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə – TƏYİNAT
Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, general-polkovnik Elçin İsağa oğlu Quliyev Dövlət Sərhəd Xidmətinin rəisi təyin olunub.

Qeyd edək ki, E.Quliyev indiyə qədər Dövlət Sərhəd Xidmətinin rəisi və Sərhəd Qoşunlarının komandanı idi.